Monqolustan Respublikasının Prezidenti zati-aliləri cənab Natsagiyn Baqabandiyə - Bakı şəhəri, 5 iyul 2002-ci il


Hörmətli cənab prezident!

Monqolustanın milli bayramı - Xalq inqilabı günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında yaranan dostluq münasibətləri qarşılıqlı surətdə faydalı əməkdaşlığımıza töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 22 iyul 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış