Türkiyə Respublikasının baş naziri zati-aliləri cənab Bülent Ecevidə - Bakı şəhəri, 17 may 2001-ci il


Hörmətli cənab baş nazir!

Malatya üzərində təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciəli hadisə ilə əlaqədar dərdinizə şərik çıxıram, Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 may 2002-ci il.