Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəlin anadan olmasının 75 illiyi münasibətilə təbriki - Ankara,Çankaya köşkünün Mavi salonu, 1 noyabr 1999-cu il


Zati-aliləri Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, əziz qardaşım Süleyman Dəmirəl!

Çox hörmətli, əziz bacım Nəzmiyyə xanım!

Bu gün sizin ailə üçün, sizin qohum-əqrəba üçün, - mənim üçün, Azərbaycan xalqı üçün, Türkiyə xalqı üçün çox əlamətdar bir gündür.

75 il öncə İslamköydə Süleyman Dəmirəl dünyaya gəlmişdir və 75 il ərzində İslamköydən Çankaya köşkünə gəlmişdir. Bu 75 ilin əlli ilini əziz dostum, qardaşım Süleyman Dəmirəl öz xalqına, öz millətinə, Türkiyə Cümhuriyyətinə, Atatürkün qoyduğu yola sədaqətlə xidmət etmişdir. Məhz sədaqətliliyinə görə, ağıllılığına görə, zəkalılığına görə, fədakarlığına görə və ən əsası - Mustafa Kamal Atatürk ideyalarına sadiq olduğuna görə əziz dostum Süleyman Dəmirəl Türkiyənin siyasi səhnəsində böyük bir yol keçmişdir. Bu yol о qədər də hamar olmamışdır, bunun enişi-yoxuşu olmuşdur. Bəzi hallarda əziz dostum Süleyman Dəmirəli anlamayanlar da olmuşdur, bəzən ona paxıllıq edən olmuşdur, bəzən ona öz imkanlarından istifadə edilə öz xalqı üçün xidmət göstərməyə mane olanlar da olmuşdur. Bunlar hamısı olmuşdur.

Bütün bunların hamısı hörmətli Süleyman Dəmirəlin tutduğu yol ilə uğurla getməsinin qarşısmı ala bilməmişdir. Nə üçün ala bilməmişdir? Çünki əziz dostum Süleyman Dəmirəl böyük əqidə sahibli insandır, böyük iradə sahibli insandır və inandığı şeyə xidmət edən insandır. Mən onun həyat və fəaliyyətini öyrənmişəm və bu gün elan etdim, - onun haqqında Azərbaycanda film yaratmışıq, kitab buraxmışıq. Onu mən bu gün sizə ərməğan kimi gətirdim. Ona görə də mən bunu həm dost, qardaş kimi, həm də həyat yolunuzu öyrənmiş bir insan kimi deyirəm.

Bəli, hörmətli Süleyman Dəmirəl öz iradəsi ilə, öz mərdliyi ilə, öz cəsarətliliyi ilə, öz ağlı ilə, zəkası ilə xalqına daim xidmət etmək istəmişdir. Onun məqsədi hardasa bir vəzifə tutmaq olmamışdır. Onun məqsədi xalqına xidmət etmək olmuşdur. Amma xalqına xidmət etmək üçün də lazımdır ki, onun elmi səviyyəsi, onun siyasi potensialı, onun təcrübəsi xalqına çatsın, onu xalqa verə bilsin, xalqa xidmət edə bilsin. Bu yolu hörmətli Süleyman Dəmirəl şərəflə keçmişdir. Ona görə də əziz dostum Süleyman Dəmirəl Türkiyədə böyük hörmət qazanmış və ona görə də dəfələrlə Türkiyənin Baş naziri vəzifəsinə irəli çəkilmiş, seçilmiş və ona görə də 1993-cü ildə Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti, cümhur başqanı seçilmişdir. Bu, böyük şərəfdir. Türkiyənin birinci cümhur başqanı, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkdür. Belə bir cümhuriyyətdə, belə bir ölkədə, belə bir xalqın prezidenti, cümhur başqanı olmaq, şübhəsiz ki, böyük şərəfdir. Amma xalqın inamını, xalqın ehtiramını, xalqın etibarını qazana bilməyən heç bir insan heç vaxt belə şeyə nail ola bilməz. Yenə də deyirəm, mənim dostumun məqsədi hansısa bir vəzifəyə nail olmaq yox, öz imkanlarını xalqa xidmətə həsr etmək olmuşdur və bu yolu da şərəflə keçmişdir.

Dostum, qardaşım Süleyman Dəmirəl Azərbaycanda çox hörmətli, Türkiyə qədər hörmətli bir insandır. Azərbaycan onu sevir. Azərbaycan sizi sevir, əziz qardaşım, ona görə ki, siz daim Azərbaycan haqqında düşünmüsünüz.

Mən bunu demişəm, bir də demək istəyirəm. Bu, təsadüfi deyil ki, 1920-ci ildə Sovetlər Birliyinin ideologiyasının əsarəti altında yaşayan Azərbaycan Türkiyədən təcrid olunmuşdu. Yalnız 1967-ci ildə hörmətli Süleyman Dəmirəl ilk dəfə Baş nazir seçiləndən sonra Sovetlər Birliyini Baş nazir kimi ziyarət edərkən öz proqramına Azərbaycana da ziyarəti salmağı tələb etmişdi və bunu da ödəmişdilər. Nəzmiyyə xanım, siz də onunla bərabər idiniz. Mən о vaxt sizinlə tanış oldum. О günlər mənim bugünkü kimi gözümün qarşısındadır. О vaxt siz gördünüz ki, bizim xalqımız küçələrdə, evlərdə, meydanlarda hörmətli Süleyman Dəmirəli və sizi nə qədər böyük hörmətlə, böyük ruh yüksəkliyi ilə, böyük ehtiramla qarşılayırdı və insanlar nə qədər sevinirdilər ki, ilk dəfədir Türkiyənin Baş naziri Azərbaycana gəlibdir. Bu, böyük hadisə olmuşdu.

Amma bunun Azərbaycan üçün böyük hadisə olması bir tərəfə, əsas səbəbi ondan ibarətdir ki, nə üçün hörmətli Süleyman Dəmirəl - Sovetlər Birliyinin 15 respublikası var idi - onlardan ancaq Azərbaycanı seçmişdi. Çünki Azərbaycanın qayğıları ilə yaşamışdı, Azərbaycan xalqı haqqında düşünmüşdü və gəlib о vaxt Azərbaycanı görmək istəmişdi. Sonrakı proseslər məlumdur. Ancaq Azərbaycan hələ müstəqilliyini əldə etmədiyi zaman hörmətli Süleyman Dəmirəl уеnə də Baş nazir kimi Azərbaycana gəldi və Azərbaycanda müstəqillik yolunda xalqın ruhunu qaldırdı.

Hörmətli Süleyman Dəmirəlin Azərbaycan xalqına etdiyi ən böyük töhfə, ən böyük ərməğan "Həsrət körpüsü"nün, "Ümid körpüsü"nün tikilməsidir.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsidir. Ancaq təəssüf ki, 1920-ci ildə sovet hökuməti xəritələri böləndə, Azərbaycanın Zəngəzur mahalını alıb Ermənistana verəndə Naxçıvan Muxtar Respublikası Azərbaycanın böyük torpağından ayrı düşübdür. Sovetlər Birliyi vaxtı bunu о qədər də hiss etmirdik. Çünki bir ölkədə yaşayırdıq, - yollar var idi, koınınunikasiya, hər bir şey var idi. Ancaq Ermənistan-Azərbaycan münaqişəsi başlayandan sonra Naxçıvan blokada halına düşdü və orada yaşamaq çox çətin oldu. Hörmətli Süleyman Dəmirəlin Azərbaycana etdiyi yardımın ən önəmlisi Naxçıvan Muxtar Respublikasının о illərdə yaşamasını, dayanmasını təmin etməsidir. Araz çayı üzərində qısa bir zamanda həmin о "Həsrət körpüsü" yaranmasaydı bu, mümkün deyildi. О qışın 40 dərəcə şaxtasında Türkiyədən Naxçıvana elektrik xətti çəkildi, başqa yardımlar edildi. Mən orada yaşadığım dövrdə bunları öz gözlərimlə görmüşəm.

Hörmətli Süleyman Dəmirəl tarixi bir addım da atıbdır. "Həsrət körpüsü"nün açılışı münasibətilə Naxçıvanın tarixində ilk dəfə Türkiyə hökumətinin başçısı Naxçıvanı birbaşa ziyarət etmiş, özü ilə bərabər bir çox nazirlər, 60-a qədər millət vəkili gətirmişdi. Biz Araz çayı üzərində Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik. Türkiyədən və Naxçıvandan oraya on minlərlə adam toplaşmışdı.

Mənim xatirimdədir, Naxçıvandan о körpüyə qədər 75 kilometrlik yolda xalq hörmətli Süleyman Dəmirəli hər kilometrdən bir, bəlkə də bir kilometr keçmədən qarşılayırdı, qurbanlar kəsilirdi. О gün yol boyu yüzlərlə qurban kəsildi. Ona görə ki, Azərbaycan xalqı, Naxçıvan sakinləri hörmətli Süleyman Dəmirələ öz sevgisini, məhəbbətini bildirmək istəyirdi, göstərilən yardımlara görə minnətdarlığmı bildirmək istəyirdi.

Bu barədə çox danışmaq olar. Xüsusən sonrakı dövrdə Azərbaycanın bir müstəqil dövlət kimi inkişaf etməsində, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında, beynəlxalq təşkilatların hamısında Azərbaycanı dəstəkləməsi, Ermənistanı təcavüzkar kimi qiymətləndirməsi və Azərbaycanla daim bərabər olması, şübhəsiz ki, bizim üçün əzizdir və qiymətlidiг.

Ona görə də bu gün mən mütləq burada olmalı idim. Nə olur-olsun, burada olmalı idim. Mən gəlib burada, Ankarada, Türkiyə Cümhuriyyətinin paytaxtında əziz dostum, qardaşım Süleyman Dəmirəli təbrik etməli idim.

Nəzmiyyə xanım, mən gəlib Sizi təbrik etməli idim. Çünki bu 50 il siyasətdə sizin böyük xidmətləriniz vardır. Mən belə düşünürəm ki, əgər Süleyman Dəmirəli bu qədər gözəl, bu qədər ağıllı, bu qədər sədaqətli ömür-gün yoldaşı olmasaydı, bəlkə də onun keçdiyi yol daha da çətin olardı. Bizə məlumdur ki, о vaxt, çevriliş zamanı hörmətli Süleyman Dəmirələ yasaq edilmişdi. O, ev dustağı edilmişdi. Bizim yaratdığımız filmdə bunlar vardır, bu kadrlar vardır. Siz daim onunla bərabər olmusunuz, bütün dövrlərdə bərabər olmusunuz. Тəксə bərabər yox, həmfikir olmusunuz, eyni fikirdə olmusunuz.

Ona görə də bu gün əziz dostum, qardaşım Süleyman Dəmirəlin günüdür. Sizin də birgə yaşamağınızın yəqin ki, müəyyən tarixi günüdür. Onu siz özünüz məndən də yaxşı bilirsiniz.

Əziz qardaşım, mən Sizi bir daha təbrik edirəm. Sizə cansağlığı arzu edirəm və uzun ömür arzu edirəm. Sizə yeni-yeni nailiyyətlər arzu edirəm. Bütün işlərinizdə uğurlar arzu edirəm. Mən əminəm, ümidvaram ki, Siz hələ bundan sonra çox illər, on illər türk xalqına, Türkiyə Cümhuriyyətinin Azərbaycana, türk dünyasına böyük xidmətlər göstərəcəksiniz və nə qədər vətənрərvər olduğunuzu bir daha, bir daha göstərəcəksiniz.

Sizin insanpərvərliyinizi mən heç vaxt unuda bilmərəm. Çünki yanvar ayında mən bir balaca rahatsız olduğum zaman gecə ikən təууаrə ilə həkimlər göndərdiniz, məni Ankaraya dəvət etdiniz. İki həftə burada məni müayinə və müalicəmə başqanlıq etdiniz. Нəг gün məni ziyarət etdiniz. Vaşinqtonda NATO-nun 50 illik yubileyində birlikdə olduğumuz zaman, son gün mən yenə də rahatsız olduğum zaman Klivlend xəstəxanasına getdim. Orada qəlb əməliyyatı aparılan zaman о günlərdə Siz yenə mənimlə bərabər oldunuz. Məni unutmadınız, mənə mənəvi qardaş oldunuz, mənəvi yardım etdiniz.

Bunların hamısına görə təşəkkür edirəm və bunlara görə də deyirəm ki, siz böyük insansınız. Siz böyük dövlət xadimisiniz. Siz dövlət başçısısınız. Siz böyük siyasi xadimsiniz. Siz böyük ictimai xadimsiniz. Siz həm də böyük insansınız. Böyük insan olmaq bunların hamısından üstündür. Bütün bu işləri görmək olar. Amma böyük insan olmaq hər kəsə nəsib olmur. Allah sizi belə yaradıbdır. Siz də belə həyat fəaliyyəti keçirmisiniz. Sizin bu xidmətlərinizə görə, sizin Azərbaycana, şəxsən mənə olan qayğınıza görə, mərhəmətinizə görə, mehribanlığınıza görə təşəkkür edirəm. Sizi bir daha təbrik edirəm. Sizə cansağlığı arzu edirəm.

Əziz dostum, qardaşım Süleyman Dəmirəl!

Siz həyatınız boyu çox hədiyyələr almısınız. Mən fikirləşdim və belə düşündüm ki, mənim Sizə hədiyyəm ancaq sizin şəxsinizin və Nəzmiyyə xanımın portreti, yəni rəsmi olmalıdır. Bu iki böyük rəssamdan biri Azərbaycan rəssamıdır. O, dünyada ən məşhur rəssamlardan biri olan Tahir Salahovdur. Mənim 35 illik çox yaxın dostumdur. Moskvada yaşayır. Ancaq oraya Azərbaycandan gedibdir və dünyada çox məşhur bir rəssamdır. Onun rəsm əsərləri dünyanın bütün muzeylərində vardır.

İkincisi Rusiyanın böyük rəssamı Nikas Safronovdur. О da dünyada məşhur rəssamdır. Onlar böyük şəxsiyyətlərin portretlərini yaratmış rəssamlardır. Mən bunların hər birinə sifariş etmişdim ki, siz Süleyman Dəmirəlin və onun xanımının portretlərini hazırlamalısınız. Çünki bunların çəkdikləri portret dünya sənət xəzinəsinə daxil olur. Bu, onların çəkdikləri əsərlərdir. Onlar belə böyük rəssamlardır. Onlar bunu edilələr. İndi mən bunları sizə təqdim edirəm.