Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya - Bakı şəhəri, 29 iyun 2002-ci il


Hörmətli cənab prezident!

Hörmətli Aleksandr Lukaşenkoya!

Belarus Respublikasının dövlət bayramı - Müstəqillik günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin inkişafı Azərbaycan ilə Belarus arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da dərinləşməsinə, regionda sülhün və sabitliyin təmin olunmasına bundan sonra da kömək edəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə uğurlar, Belarus xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 3 iyul 2002-ci il.