Əlahəzrət!
Qətər dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Qətər arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyi naminə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qətər xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 26 avqust 2003-cü il.