Gürcüstan Respublikasının dövlət başçısı, parlamentinin sədri zati-aliləri Eduard Amvrosievic Şevardnadze cənablarına - 25 may 1995-ci il


Əziz Eduard Amvrosievic!

Sizi və Sizin şəxsinizdə bütün qardaş Gürcüstan xalqını milli bayram-Dövlət müstəqilliyinin bərpası günü münasibətilə ürəkdən təbrik edirəm.

Xalqlarımızın və dövlətlərimizin arasında dostluğun və qarşılıqlı köməyin dərin tarixi kökləri vardır və mən sevinirəm ki, azərbaycanlıların və gürcülərin indiki nəsilləri həmin şanlı ənənələrə sadiqdirlər.

Sizə və bütün Gürcüstan xalqına sülh, milli istəklərə çatmaq xoşbəxtliyini, firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 may 1995-ci il.