Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab Emoməli Rəhmanova - Bakı şəhəri, 8 avqust 2002-ci il


Hörmətli Emoməli Şəripoviç!

Dəşt qışlağında təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar olması barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti. 

"Azərbaycan" qəzeti, 8 avqust 2002-ci il.