Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Corc Buşa başsağlığı məktubu - Bakı şəhəri, 13 noyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Nyu-York şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti