Hörmətli cənab baş nazir!
Hindistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Hindistan əməkdaşlığının qarşılıqlı surətdə faydalı zəmində inkişaf etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 15 avqust 2003-cü il.