Mali Respublikasının Prezidenti zati-aliləri cənab Əlfa Ömər Konariyə - 20 sentyabr 2000 ci il

Hörmətli cənab Prezident!

Mali Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Mali xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Mali Respublikasının qarşılıqlı münasibətləri xalqlarımızın rifahının getdikcə yaxşılaşmasına xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.