Hörmətli cənab Prezident!
Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və dost Hindistan xalqını səmimi-qəlb-dən təbrik edirəm.
Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı münasibətlərimizin inkişafı bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, tərəqqi və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti