Hörmətli cənab baş nazir!
Malayziyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Malayziya xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.
Ümidvaram ki, dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətləri genişlənib möhkəmlənəcək, xalqlarımızın rifahına, sülhə və sabitliyə xidmət edəcəkdir.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
“Azərbaycan” qəzeti, 30 avqust 2000-ci il