Hörmətli cənab prezident!
Liberiya Respublikasının milli bayramı- Müstəqillik günü münasibətilə Sizi və dost Liberiya xalqını ürəkdən təbrik edirəm, Sizə cansağlığı və səadət, ölkənizə isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Liberiya Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın genişlənməsi xalqlarımızın rifahına xidmət edəcəkdir.
Hörmətlə
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 25 iyul 2000-ci il