Hörmətli cənab Prezident!
Uqanda Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Uqanda xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.