Hörmətli cənab Prezident!
Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Yunanıstan xalqını səmimi- qəlbdən təbrik edirəm.
Azərbaycan - Yunanıstan əlaqələrinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti