Heydər Əliyev: Çoxdandır ki, sizi görmürəm, Azərbaycana xoş gəlmisiniz.
Riçard Matske: Biz burada olmağımızdan çox şadıq. Buraya tez-tez gələ bilmədiyimizə görə mən üzr istəməliyəm.
Heydər Əliyev: İşləriniz necə gedir?
Riçard Matske:\"Abşeron\" blokunda qazma işləri davam edir. Ümidvaram ki, hər şey yaxşı olacaqdır.
Heydər Əliyev: Siz onda mənə söz verdiniz ki, çox böyük neft və qaz aşkar edəcəksiniz. Hətta\"Şahdəniz\"dən də çox.
Riçard Matske: Mən ümid edirəm ki, vədimə əməl edəcəyəm.
Heydər Əliyev: Çox gözəl, mən də bunu istəyirəm. Azərbaycanda bir məsəl var:\"Kor nə istər, iki göz, biri əyri, biri düz\".
Riçard Matske: Biz ümid edirik ki,\"Abşeron\" blokunda\"gözlərin hər ikisi düz olacaqdır\".
Heydər Əliyev: İkisi də düz olacaqdır, çox yaxşı. Başqa sahələrdə işləriniz necədir?
Riçard Matske: Dünyada neftin qiyməti yüksək olduqda, demək olar ki, işlərimiz yaxşı gedir.
Heydər Əliyev: Neftin qiyməti də gah qalxır, gah düşür. O sizə də təsir edir, bizə də.
Riçard Matske: Bir halda ki, nisbətən yüksək səviyyədə dəyişir, biz onunla yaşaya bilərik.
Heydər Əliyev: Yaxşı, mən başa düşürəm ki, gərək mətbuatı azad edək.
Riçard Matske: Mənə elə gəlir ki, yaxşı olardı. Ona görə ki, biz təkcə\"Abşeron\" bloku haqqında yox, həm də\"Şevron\"un Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması haqqında danışmaq istəyirik.
Heydər Əliyev: Bunu artıq bütün dünya bilir.
Riçard Matske: Yəqin ki, Siz demisiniz.
Heydər Əliyev: Yaxşı.