Hörmətli cənab Baş nazir!
London şəhəri ətrafında baş vermiş ağır dəmir yol qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.