Hörmətli xanım prezident!
Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı- Müstəqillik günü münasibətilə Sizi və bütün Şri-Lanka xalqını təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 28 yanvar 2002-ci il.