Hörmətli cənab Prezident!
Qəmər Adaları Federal İslam Respublikasının milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və Qəmər adalarının dost xalqını ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə firavanlıq və əmin-amanlıq arzulayıram.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın tərəqqisinə və rifahına xidmət edəcəkdir.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.