Hörmətli cənab Prezident!
Kolumbiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Kolumbiya xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, qarşılıqlı əlaqələrimiz həmişə xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.