Hörmətli cənab Prezident!
Ölkənizin cənubunda baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntı xəbərini kədər hissi ilə qarşıladım.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailə üzvlərinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti