Hörmətli cənab Prezident!
Litva Respublikasının milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və bütün Litva xalqını təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Litva arasındakı möhkəm dostluq və sıx əmkədaşlıq əlaqələri xalqlarımızın manafeyinə uyğun olaraq daim inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.