Hörmətli Əsgər Akayeviç!
Milli bayram - Qırğızıstan Respublikasının müstəqilliyinin elan olunmasının 10 illiyi münasibətilə Sizi və dost Qırğızıstan xalqını ürəkdən təbrik edirəm.
Suveren, demokratik, hüquqi dövlət qurulması və möhkəmləndirilməsi, Dünya Birliyinə fəal inteqrasiya olunması sahəsində qardaş Qırğızıstanın uğurlarına şadam. İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri xalqlarımızın, dövlətlərimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, uğurlar, Qırğızıstanın qardaş xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti