Hörmətli cənab Prezident!
Mali Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Mali xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Mali əlaqələrinin inkişafı xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.