Ülyahəzrət!
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Kraliçanın təvəllüdü günü münasibətilə Sizi və dost Böyük Britaniya xalqını ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Böyük Britaniya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verirəm. Əminəm ki, ikitərəfli əlaqələrimizin inkişafı bundan sonra da xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti