Hörmətli cənab sədr,
Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və dost Kuba xalqını səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasmdakı dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, Azərbaycan - Kuba əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağhğı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 3 yanvar 2002-ci il.