Hörmətli cənab prezident!
İranın cənubunda hərbi-sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və bütün İran xalqına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət elesin!
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 20 fevral 2003-cü il.