Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Georgi Pirvanova təbriki - Bakı şəhəri, 19 noyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.