Türkmənistanın Prezidenti zati-aliləri cənab Saparmurad Niyazova - Bakı şəhəri, 25 oktyabr 1999-cu il


Hörmətli Saparmurad Atayeviç!

Milli bayram - Müstəqillik günü münasibətilə sizi və bütün türkmən xalqını təbrik edirəm.

Ölkələrimizin və xalqlarımızın dostluq əlaqələri və əməkdaşlığı çoxəsrlik tarixi köklərə bağlıdır. Əminəm ki, bu münasibətlər xalqlarımızın mənafeyi, regionda sülh və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə və qardaş Türkmənistan xalqına səadət və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.