Azərbaycan Prezidenti Heydər Əliyev "Şell" şirkətinin icraçı direktoru Filip Uotsun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşərkən söhbətindən - 6 oktyabr 1997-ci il


Filip Uots: ... Cənab Prezident, biz də Hyustonda Sizinlə görüşümüzü çox yaxşı xatırlayırıq. Bilirsiniz ki, "Şell" şirkətinin baş ofisi Hollandiyada yerləşir. Ona görə də bu şirkətə "Hollandiya kral şell" şirkəti adı verilmişdir. Biz istəyirik ki, Azərbaycanın neft və qaz sənayesinin inkişafına öz töhfələrimizi verək.

Nikolas Van Dam (Hollandiyanın səfiri): Cənab Prezident, mənim üçün böyük şərəfdir ki, kraliçanın Sizi Hollandiyaya rəsmi səfərə dəvətini Sizə çatdırıram. Bu səfər dekabr ayının 15-16-na planlaşdırılır. Əgər Siz razılığınızı bildirsəniz, bu rəsmi səfəriniz Azərbaycan-Hollandiya əməkdaşlığının inkişaf etdirilməsi işində çox mühüm bir hadisə olacaqdır. Ölkələrimiz arasında təkcə neft, qaz sənayesi sahəsində deyil, digər sahələrdə də əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açılacaqdır.

Heydər Əliyev: Mən bu dəvəti məmnunluqla qəbul edirəm. Mənim salamlarımı, hörmət və ehtiramımı kraliçaya yetirin. Səfərin siz təklif etdiyiniz vaxtına razılıq verə bilərəm, lakin hesab edirəm ki, onu Xarici İşlər Nazirliyi ilə müəyyənləşdirmək lazımdır.

Sizin ölkəniz Avropanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən biridir. Ona görə də hesab edirəm ki, təkcə neft və qaz sənayesi üzrə deyil, digər sahələrdə də Azərbaycan ilə Hollandiya arasındakı əməkdaşlığı inkişaf etdirə bilərik.

...Heydər Əliyev: Çox güman ki, Strasburqda mən Hollandiyanın Baş naziri ilə görüşüb danışıqlar aparacağam.

"Heydər Əliyevin Neft strategiyasi" kitabından, Bakı 2001, II hissə, səh 423