Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Danimarka Krallığının baş naziri zati-aliləri cənab Anders Foq Rasmussenə məktubu - Bakı şəhəri, 10 aprel 2003-cü il


Hörmətli cənab baş nazir!

Danimarka Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 16 aprel 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa