İtaliya Respublikasının Prezidenti zati-aliləri cənab Karlo Adzelyo Çampiyə - Bakı şəhəri, 31 may 2002-ci il


Hörmətli cənab prezident!

İtaliya Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və bütün İtaliya xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunam. Ümidvaram ki, ölkələrimizin potensial imkanlarından daha tam istifadə edərək bütün sahələrdə faydalı əlaqələr quracağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 2 iyun 2002-ci il.