Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kanadanın general-qubernatoru zati-aliləri xanım Adrienn Klarksona - Bakı şəhəri, 26 iyun 2003-cü il


Hörmətli xanım general-qubernator!

Kanadanın milli bayramı - Kanada günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Kanada arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 iyul 2003-cü il.

Tarixi arayış

XARİCİ SİYASƏT