Qırğızıstan Respublikasının prezidenti Zati-aliləri cənab Əsgər Akayevə - Bakı şəhəri, 29 avqust 2000-ci il


Hörmətli cənab prezident!

Qırğızıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və qardaş qırğız xalqına səmimi salamlarımı və təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında əlaqələr hərtərəfli inkişaf edir. Mən ölkələrimizin tarixi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin getdikcə genişlənməsini və möhkəmlənməsini yüksək qiymətləndirirəm.

Əminəm ki, Sizinlə birgə səylərimiz sayəsində qardaş xalqlarımız arasında uğurla inkişaf edən mehriban dostluq əlaqələri və işbirliyi daha da sıxlaşacaq və dərinləşəcək, dili, dini və amalı bir olan xalqlarımızın rifahına və əmin-amanlığına xidmət edəcəkdir.

Əziz Əsgər Akayeviç, Sizə möhkəm cansağlığı və səadət, Qırğızıstanın xalqına sülh, tərəqqi və firavanlıq arzulayıram.

Hörmət və ehtiramla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 31 avqust 2000-ci il.