Meksika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Visente Foks Kesadaya - Bakı şəhəri, 11 sentyabr 2002-ci il


Hörmətli cənab prezident!

Meksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Meksika arasında dostluq münasibətlərini inkişaf etdirməklə faydalı əməkdaşlıq üçün geniş perspektivlər açacağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 sentyabr 2002-ci il.

Ümumi tarixi arayış

XARİCİ SİYASƏT

Tarixi arayış

XARİCİ SİYASƏT