Cənubi Afrika Respublikasının Prezidenti cənab Tabo Mbekiyə - Bakı şəhəri, 26 aprel 2002-ci il


Hörmətli cənab prezident!

Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün Cənubi Afrika Respublikası xalqını təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cənubi Afrika Respublikasının xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 28 aprel 2002-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış