Macarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Ferents Madla - 21 oktyabr 2003-cü il


Hörmətli cənab prezident!

Macarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Macarıstan arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 23 oktyabr 2003-cü il.