Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Xarici İşlər Naziri Kamal Xərrazi ilə görüşdəki söhbətindən - Davos, 29 yanvar 2000-ci il


Kamal Xərrazi:  Hörmətli cənab prezident! Xoş gördük. Mən Sizinlə hər bir görüşümdən fərəh duyuram. İcazə verin İran prezidenti cənab Xatəminin xoş arzularını, hörmət və ehtiramını Sizə çatdırım. Sizin Davos Dünya İqtisadi Forumunda "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri, İpək yolu və ya böyük oyun" mövzusunda keçirilən sessiyada dərin məzmunlu çıxışınızı və suallara ətraflı cavablarınızı yüksək qiymətləndirirəm. Mənim fikrimcə, bu sessiya region ölkələrinin qarşılaşdığı problemlərin həlli istiqamətində böyük əhəmiyyətə malikdir. Hörmətli cənab prezident, Sizin qarşıdakı rəsmi səfərinizi İranda çox səbirsizliklə gözləyirlər.

İcazə versəydiniz, prezident Xatəminin dəvətini Sizə bir daha çatdırım. Əmin olduğumu bildirirəm ki, Sizin bu rəsmi səfəriniz ölkələrimizin bütün sahələrdə əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.

Heydər Əliyev: Hörmətli cənab Xərrazi! Xoş sözlərinizə görə təşəkkür edirəm. İran İslam Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsinə Azərbaycan Respublikası xüsusi əhəmiyyət verir. Xahiş edərdim ki, mənim salamlarımı, xoş arzularımı cənab Xatəmiyə və dost ölkənin digər rəhbərlərinə çatdırasınız. Dəvətinizi məmnuniyyətlə qəbul edərək İrana rəsmi səfərə gələcəyəm. Əmin olduğumu bildirirəm ki, bu ziyarət qonşu ölkələrimizin qarşılıqlı surətdə faydalı əməkdaşlığının daha da sürətlənməsinə yeni güclü təkan verəcəkdir.

Mən ümidvaram ki, ölkələrimiz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması, regionda vəziyyət, ikitərəfli münasibətlərin daha da canlandırılması məsələləri barədə fikir mübadiləsi zamanı hər iki tərəfi qane edən ümumi rəyə gələcəkdir.

Tarixi arayış

Azərbaycan - Asiya