İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei həzrətlərinə - Bakı şəhəri, 10 fevral 2002-ci il


Möhtərəm qardaşım!

İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün İran xalqını təbrik edirəm.

Ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı mehriban qonşuluq, möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 10 fevral 2002-ci il.