Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yuqoslaviya İttifaq Respublikasının Prezidenti zati-aliləri cənab Volislav Koitunitsaya təbriki - Bakı şəhəri, 24 aprel 2001-ci il


Hörmətli cənab Prezident!

Yuqoslaviya İttifaq Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və dost Yuqoslaviya xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Yuqoslaviya İttifaq Respublikası arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, ikitərəfli əlaqələrimiz ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa