Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri zati-aliləri cənab Toni Bleyerə - Bakı şəhəri, 10 iyun 2002-ci il


Hörmətli baş nazir!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da inkişafı üçün göstərdiyimiz səylərlə xalqlarımızın rifahına böyük töhfələr verəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 14 iyun 2002-ci il.