Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya məktubu - 18 avqust 2003-cü il


Hörmətli Leonid Daniloviç!

Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə sizi və dost Ukrayna xalqını ürəkdən təbrik edirəm.

Şadam ki, sizin başçılığınız ilə Ukrayna müstəqillik dövründə qarşıya çıxan bütün çətinlikləri aradan qaldıraraq böyük nailiyyətlər qazanmışdır.

Əminəm ki, Azərbaycan ilə Ukrayna arasında tarixi ənənələri olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə, regionumuzda sülh və tərəqqi naminə bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli Leonid Daniloviç!

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 23 avqust 2003-cü il.