Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Kvasnevskiyə - Bakı şəhəri, 26 aprel 2002-ci il


Hörmətli cənab prezident!

Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün Polşa xalqını səmimi qəlbdən təbrik edirəm.

Dostluğa, faydalı əməkdaşlığa, qarşılıqlı etmada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin daim möhkəmlənməsindən məmnunluq duyuram.

Ümidvaram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan daha geniş istifadə etmək üçün göstərdiyimiz səylər yeni-yeni uğurlara yol açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 3 may 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa