Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıya qısa müddətli səfərə gəlmiş İsrailin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşdə söhbətindən (Zuğulba, Prezident iqamətgahı, 29 avqust 1997-ci il) sənədinə tarixi arayış


Azərbaycan-İsrail münasibətləri dinamik surətlə inkişaf edir. Müxtəlif illərdə Heydər Əliyev İsrailin Baş nazirləri İshaq Rabin, Şimon Peres və Ehud Barakla görüşərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə Heydər Əliyev arasındakı ilk görüş 2 dekabr1996-cı ildə ATƏT-in dövlət başçılarının Lissabonda toplantısı çərçivəsində olub. 29 avqust 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib və Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb.