Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Meksika Birləşmiş Ştatlarının Prezidenti zati - aliləri cənab Visente Foks Kesadaya təbriki - Bakı şəhəri, 15 sentyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Meksika Birləşmiş Ştatlarının milli bayramı- Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Meksika xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Meksika arasındakı dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT