Cənubi Afrika Respublikasının Prezidenti zati-aliləri cənab Tabo Mbekiyə - Bakı şəhəri, 6 avqust 2002-ci il


Hörmətli cənab prezident!

Afrika İttifaqının təsis edilməsi və bu təşkilatın ilk sədri seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Afrika İttifaqının yaradılması zəngin insan potensialına və təbii sərvətlərə malik Afrika qitəsində sülhün, təhlükəsizliyin, iqtisadi tərəqqinin təmin olunmasına, dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edəcəkdir.

Sizə işlərinizdə uğurlar, qitənin bütün xalqlarına firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 7 avqust 2002-ci il

Oçerklər

Ümumi tarixi arayış

XARİCİ SİYASƏT

Tarixi arayış