Hindistan Respublikasının Prezidenti zati-aliləri cənab Koçeril Raman Narayanana - Bakı şəhəri, 28 fevral 2002-ci il


Hörmətli cənab prezident!

Qucarat ştatında sərnişin qatarında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailə üzvlərinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 1 mart 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya