Yunanıstan Respublikasının Prezidenti zati-aliləri cənab Konstantinos Stefanopulosa - Bakı şəhəri, 24 mart 2003-cü il


Hörmətli cənab prezident!

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan - Yunanıstan əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
A
zərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 25 mart 2003-cü il.