İsveç Krallığının Baş naziri zati-aliləri cənab Yoran Perssona – Bakı şəhəri, 31 may 2002-ci il


Hörmətli cənab Baş nazir!

İsveç Krallığının milli bayramı – İsveç bayrağı günü münasibətilə Sizi və bütün İsveç xalqını ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq münasibətləri səmərəli əməkdaşlıq üçün möhkəm təməldir. Şübhəsiz ki, birgə səylərlə bütün imkanlardan xalqlarımızın rifahı naminə istifadə edə biləcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveç xalqına sülh və firavanlıq arzulayıram. 

Hörmətlə, 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa

Əlavə sənədlər

Azərbaycan - Avropa