Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 20 avqust 2002-ci il


Hörmətli Leonid Daniloviç!

Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və Ukrayna xalqını ürəkdən təbrik edirəm.

Şadam ki, indi suveren Ukrayna demokratik dəyişikliklərin həyata keçirilməsində, dünya birliyinə inteqrasiyada böyük uğurlar qazanmışdır.

Ukrayna ilə tarixi dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq ənənələri Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Əminəm ki, dövlətlərimizin strateji tərəfdaşlığı, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək bundan sonra da xalqlarımızın rifahına, regionda sabitlik və təhlükəsizliyə xidmət edəcəkdir.

Hörmətli Leonid Daniloviç, Sizə möhkəm cansağlığı, səadət, uğurlar, Ukrayna xalqına isə sülh, həmrəylik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 23 avqust 2002-ci il.